Azərbaycan boşalır: daha 5 şirkət getdi, böhranın iri pəncələri əzməkdədir - Özəl siyahı

 
Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur
 
Politika.Az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyi xəbər yayıb.
 
Məlumata görə, bunlardan biri “Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
 
İkincisi - “Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək.
 
Üçüncüsü - “ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,8 ünvanına bildirə bilərlər.
 
Dördüncü şirkət - “NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək.
 
Və nəhayət, 5-ci şirkət “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildilər bilərlər.
 
Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var.
 
Politika.Az-ın məlumatına görə, bundan əvvəl də bir neçə şirkət ölkədən gedib. Böyük Britaniyanın “İvor Promotions LLP” və “Arcotrans LLP” şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. İrlandiyanın “Accenture Ltd.” şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib. Bu faktlar yeni ildən Azərbaycanda iqtisadi vəziyyətin ağırlaşacağından xəbər verir.
 
Dolların bahalaşması da göstərir ki, 2017-ci ilə bədbin bir əhval-ruhiyyə ilə gedilir. Nə xalqın, nə dövlət rəsmilərinin dilində müsbət bir söz eşitmək olar. Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb.
 
Bundan sonrası qeyri-müəyyəndir. görə də investorlar perspektiv görmədiyi üçün işini dayandırır. Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.
 
Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb.
 
İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Загрузка...
Загрузка...