Azərbaycan Avropa Hərəkatı ermənilərə müraciət etdi

Hərəkatın bəyanatı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub
Azərbaycan Avropa Hərəkatı ermənilərə müraciət edib. Musavat.com müraciəti təqdim edir:
Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında atəşkəs rejiminin pozulması dünya ictimaiyyəti və sülhsevər insanlar tərəfindən narahatlıqla qarşılandı. 1 aprel 2016-cı ilin gecə saatlarından başlayaraq erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində azərbaycanlı dinc əhali arasında təlafatın olması son illərin ən böyük qanlı olaylarından oldu. Nəticədə, öz vətəndaşlarının  təhlükəzliyini təmin etmək məqsədilə Azərbaycan ordusu erməni hərbi birləşmələrinin açdığı atəş məntəqələrini və yüksəkliklərdə qurulan postların zərərsizləşdirmək üçün hərəkətə keçdi. Bu savaşın başlaması və çox sayda insanın vəfat etməsinə gətirib çıxardı. 20 ildən çox davam edən atəşkəsin birdən pozulması özü ilə birlikdə çox sayda suallara səbəb oldu.
Xüsusən Azərbaycan prezidenti  İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və orada ən yüksək səviyyədə qəbul edilməsindən sonra atəşkəs rejiminin pozulması, politoloqlar tərəfindən birmənalı qarşılanmadı. Belə ki, “Azəbaycanın Qərbə inteqrasiya yolu seçməsi bir çox dairələrin hiddətinə sabəb oldu və buna sərt cavab olaraq Ermənistan tərəfi atəşkəsi pozmağa təhrik edildi” fikiri daha çox vurğulanmağa başlandı.
Biz, Azərbaycan Avropa Hərəkatı olaraq, bölgədə müstəqil siyasət yeridərək öz enerji daşıyıcıları ilə Qərbə yeni dəhliz açan Azərbaycana qarşı belə hücumu qətiyyətlə pisləyirik. Ermeni xalqından sülh və barış naminə öz hakimiyyətlərinə etiraz etmələrini və ”region oyunları”nda istifadə olunmaq istəmədiklərini bəyan edərək mübarizəyə başlamağı tövsiyyə edirik.
Sonda qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının münaqişənin sülh yolu ilə həll olunması üçün beynəlxalq təşkilatlara ünvanladığı bəyanat, erməni xalqına olan müraciət və sülh istiqamətində səylərin artırılmasına üstünlüyün verilməsi təşəbbüsü müsbət qarşılanıb.