“Azər-Türk Bank” kimə tapşırıldı? - YENİ RƏHBƏR

 
Bu gün "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
 
Teleqraf.com-un məlumatına görə, iclasda "Azər-Türk Bank"ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilib. Xalid Əhədov İH-nin üzvü seçilib, həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib.
 
Xalid Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub, həmçinin "Unibank" və "Bank of Baku" ASC-lərdə rəhbər vəzifələrdə çalışıb.
 
"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Загрузка...
Загрузка...