AZAL İstanbula uçuşu su qiymətinə endirdi

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-İstanbul reysi üzrə biletlərin qiymətini bu gündən etibarən aşağı salıb.
 AZAL-dan Axar.az-a istinadən Turaninfo-ya verilən məlumata görə, yeni tariflə Bakıdan İstanbula gediş-dönüşün minimal qiyməti 179 manat olub.
 Bu məbləğə yalnız gediş-dönüş bileti daxildir və yerlər məhduddur.
 Qeyd edək ki, uçuşlar həftənin hər günü həyata keçirilir.