Az yatmaq beynimizə zərər verir

 
 
Bir çox araşdırma düzgün yuxu rejiminin olmamasının bədənimiz üzərində ciddi təsirlərinin olduğunu dəfələrlə isbat edib.
 
Sadəcə bir neçə gün normal yatmamaq orqanizmimizə mənfi təsir edərək, qan şəkərində dəyişiklik yaradıb bizim daha çox yeməyimizə səbəb ola bilər.
 
Moderator.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırmada könüllülərdən yuxularını hər gecə bir saat azaltmaq tələb olunub. Nəticədə bir saat daha az yatmaq çox sayda könüllünün (təxminən 500 nəfər) genlərinə təsir edib. Bəzilərində isə iltihabın və diabetin ortaya çıxdığı məlum olub.
 
Araşdırma nəticəsində normal yuxu rejimi olmayanlarda stress və depressiya səviyyələrində artım görünüb. Eyni zamanda paranoyya və digər insanlara qarşı inamsızlıq yaranıb.
 
Kamran

Загрузка...
Загрузка...