​Aygünün daha bir yalanı üzə çıxdı - “O da gop idi”

Baxış sayı: 
186

 
    
 
Əməkdar artist Aygün Bəylər son günlər açıqlamaları ilə gündəmdən düşmür.
 
Axşam.az xəbər verir ki, "Səhər-səhər" verilişinin qonağı olan xanəndə daha bir yalanın üstünü açıb.
 
Aparıcı Elgiz Əkbərin "Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki... Az qalırdım o dayəni tapıb cəzalandırım" sözlərinə Aygün maraqlı cavab verib:
 
"O da növbəti gopdan biri idi".
 
Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:
 
"Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir".
 
Cebhe.info

Загрузка...
Загрузка...