Aygünlə Ramalın ölkədən çıxışına qadağa qoyuldu - FOTOLAR

 
Vergi borcuna görə, ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin yenilənmiş siyahısını açıqlanıb. Vergi borcunu ödəməyənlər sırasında yerli şou-biznesin tanınmış simalarının adları da yer alır. Siyahının yenilənməsinə baxmayaraq, 30 min manat vergi borcu olan Abbas Bağırovun adı hələ də ödəniş etməyənlərin arasındadır. Siyahıya iki tanınmış sima, əməkdar artist Aygün Bəylər (Hümmətova) və müğənni Ramal İsrafilovun adları əlavə edilib.
Məsələ ilə əlaəqdar olaraq SİA adları çəkilən məşhurlarla dəfələrlə əlaqə saxlamaq istədi. Lakin cəhdlərimiz uğursuz oldu. Belə ki, vergi borcu olan tanınmış simalar zənglərimizə cavab vermədi.
Qeyd edək ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.