“Aygün, Röya açıq-saçıq geyinəndə yaxşı olur, Rəqsanə tərbiyəsiz...” - Foto

 
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə həyat yoldaşı ilə növbəti fotosunu paylaşıb.
 
Teleqraf.com xəbər verir ki, həyat yoldaşını ictimaiyyətdən uzaq tutan müğənni ənənəsinə sadiq qalaraq fotoda həyat yoldaşının üzünü göstərməyib.
 
Müğənninin fotosu açıq-saçıq olduğu üçün bəzi izləyicilərin tənqidinə tuş gəlib. Bu isə Rəqsanənin pərəstişkarlarını incik salıb. Onlar tənqidə “Aygün, Röya açıq-saçıq geyinib, konsertlər verəndə yaxşıdır, Rəqsanə şəkil qoyanda tərbiyəsiz olur?” deyə şərh yazıblar.
 
Rəqsanə İsmayılovanın həyat yoldaşı Moskvada yaşayır.