Aygün Kazımovadan Namiq Qaraçuxurlu haqda ŞOK AÇIQLAMA

 
 
 
Xalq artisti Aygün Kazımova bir vaxtlar yaxın münasibətdə olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı açıqlama verib.
 
Müğənni N.Qaraçuxurlunun ondan ayrılandan sonra onun mal-mülkünü sahiblənməsi xəbərini təsdiqləyib. İfaçı depressiyaya düşməsinin əsas səbəbinin bu olduğunu inkar etməyib.
 
Axsam.az-a müsahibəsində A.Kazımova belə bildirib: "Bu söhbəti Ranar Musayev efirdə dedi. Bilirəm ki, bəzi dostlarım öz arasında bu məsələni bölüşüb. Düşünürəm ki, bu dostların xoşniyyətli söhbəti olub. Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".