Aygün Kazımova keçmiş sevgilisini biabır etdi: Namiqə qorxaq dedi - VİDEO

 
 
 
Xalq artisti Aygün Kazımova eks sevgilisi meyxanaçı Namiq Qaraçuxurlu barədə "Lider TV" də növbəti qalmaqallı açıqlamasını edib. O keçmiş sevgilisini cəsarətli olmağa çağırıb.
 
Hər zaman tamaşaçısı ilə sirrini bölən, səmimi xalq artisti hətta N.Qaraçuxurlu ilə duet oxumaq təklifinə də "hə" deyib: "Mənim üçün heç bir problem yoxdur. Sadəcə Namiqə bizim ortaq dostlarımız təklif ediblər ki, belə bir mahnı var, bəlkə Aygün xanımla duet oxuyasan. O isə razı olmayıb, qorxub ki, söz-söhbət yaranar".
 
Xalq artisti N. Qaraçuxurlunu qorxaqlıqda günahlandırıb: "Namiqdən fərqli olaraq mən onun haqqında çox rahat danışıram, heç nəyi gizlətmirəm. Namiq sən bizim eşqimizi də gizlədirdin, qorxma danış. Bağ söhbəti isə zarafat deyildi".