Aygün Bəylərin bu görüntüləri sizi ŞOKA SALACAQ: ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO

Baxış sayı: 
616

Əməkdar artist Aygün Bəylər ərə getməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, xanəndə “Səhər-səhər” verilişində bildirib ki, bunlar şayiə imiş. O, toy söhbətlərini piar üçün yaydığını söyləyib: “Buna bir açıqlama vermək lazım idi. Sonra camaatı başa salmaq olmayacaq. İstəmirəm bunu. Ayağımda problem olduğu üçün hündürdaban geyinə bilmirəm, həkim qadağa qoyub. Moskvada bir yerə gedirdim, geyinməliydim. Dedim ki, mənə kömək et. Pulum yoxdur gündə bir ayaqqabı geyinib, paltar alım. Geyindirdilər mənə hündürdabanı. Dedim, mənə pis şeylər deyəcəklər, qoy mən yaxşısını deyim. Hündürdabanı geyindim, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, partlıyacaq bu.
Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay, hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim. Mənə yalvardılar ki, hələ söhbəti açmayım. Amma buna açıqlama vermək lazım idi”.
Qeyd edək ki, Aygünün prodüseri Sultan toyun dekabrın 28-də olacağını demişdi. Bunun üçün hətta xanəndənin Türkiyədən 60 minlik gəlinlik aldığı söylənmişdi.

Загрузка...
Загрузка...