Aydın Quliyev Vasif Talıbov haqda heç kəsin yazmadığını yazdı - MR-da vəziyyət necədir?

 
"Kim­sə de­yə bi­lər­mi ki, Hey­dər Əli­yev ida­rə­çi­li­yi Nax­çı­van­da tək Va­sif Ta­lı­bo­va öy­rət­mək is­tə­yir­di?!"
Nax­çı­van­lı­la­rın öz­lə­ri de­miş­kən, Nax­çı­va­na də­yib qa­yıt­dıq. Cə­mi-cüm­lə­ta­nı bir gün, bir ge­cə­lik sə­fə­rin for­mal adı be­lə­di. Məz­mun isə... For­ma­sı qı­sa olan sə­fə­rin məz­mu­nu da­ha uzun, da­ha də­rin və da­ha ta­ri­xi­dir.
Öl­kə­nin apa­rı­cı və ta­nın­mış me­dia rəh­bər­lə­ri ola­raq qru­pu­mu­zun Nax­çı­van ba­rə­də ilk tə­səv­vür­lə­ri ge­dən­baş təy­ya­rə­də ya­ran­dı. Ay­dın­dır ki, əs­lən nax­çı­van­lı olan bir ne­çə baş re­dak­to­ru çıx­maq şər­ti­lə, qru­pu­muz­da­kı ək­sə­riy­yət Nax­çı­va­nı tam ye­ni bir aləm ki­mi gör­mə­yə ge­dir­di. Təy­ya­rə­də ma­raq­lı söh­bət baş­la­dı. Kim­lə­rin Nax­çı­van­da in­di­yə­dək olub-ol­ma­dı­ğı so­ru­şul­du. Kim­lər­sə heç vaxt bu di­yar­da ol­ma­dı­ğı­nı de­di. Bi­ri 24 il əv­vəl ol­du­ğu­nu, baş­qa bi­ri 6 il əv­vəl ol­du­ğu­nu de­yən­də Fon­du­mu­zun ic­ra­cı di­rek­to­ru Vü­qar Sə­fər­li­nin ri­to­rik ca­va­bı ha­mı­nın diq­qə­ti­ni çək­di: "Elə bu da Nax­çı­van­da ol­ma­maq ki­mi bir şey­di". Hət­ta 6 il əv­vəl Nax­çı­van­da son də­fə ol­maq əs­lin­də ora­da ol­ma­maq ki­mi təq­dim olu­na bi­lər­sə, bu­nun mə­na­sı mü­ba­hi­sə­siz ola­raq be­lə­dir: "Nax­çı­van hər il, hər ay, bəl­kə hər həf­tə də­yiş­mə pro­se­sin­də­dir".
 
 
 
 
Mən bir nax­çı­van­lı ki­mi qü­rur duy­dum ki, il­lə­rin ay­rı­lı­ğın­dan son­ra Nax­çı­va­nı be­lə gör­düm. İlk qə­dəm bas­dı­ğı­mız "Təb­riz" ote­li­nin in­ter­ye­rin­də, fa­sa­dın­da və xid­mət sek­to­run­da­kı kök­lü də­yi­şik­lik­lər son il­lər­də Mux­tar di­ya­rın ya­şa­dı­ğı bö­yük də­yiş­mə­lə­rin miq­ya­sı­nı gös­tə­rən tək fakt de­yil­di. Qar­şı­da­kı təx­mi­nən iki gün ər­zin­də ic­ti­miy­yət nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər, yer­li ida­rə­et­mə mə­mur­la­rı ilə mü­za­ki­rə­lər, on­la­rın in­tel­lek­tu­al və ic­ra­çı­lıq-ida­rə­çi­lik mə­ha­rət­lə­ri­nə qiy­mət ver­mək im­ka­nı, mü­qəd­dəs Əs­ha­bi-Kəhf zi­ya­rət­ga­hı, əf­sa­nə­vi Əlin­cə qa­la­sı, uzaq­dan gö­rü­nən Nə­i­mi­nin tür­bə­si, Gü­lüs­tan tür­bə­si, Mö­mü­nə­xa­tun məq­bə­rə­si, Bay­raq mu­ze­yi, Me­dia mər­kə­zi, Biz­nes mər­kə­zi, H.Əli­yev mu­ze­yi və əl­bət­tə ki, baş çək­mə­yi­miz üçün nə­zər­də tu­tul­muş bir ün­van­dan di­gə­ri­nə ge­dər­kən yol­bo­yu Nax­çı­van şə­hə­ri­nin, Şah­bu­zun, Cul­fa­nın və sa­i­rin tə­miz və ya­şıl­lıq fo­nun­da­kı ek­zo­tik gör­kə­mi ilə ta­nış­lıq im­kan­la­rı­mız hə­lə qa­baq­da idi.
İlk gö­rü­şü­müz Nax­çı­van şə­hə­rin­də­ki Tex­ni­ki Kol­le­cin bi­na­sı ilə ta­nış­lıq və ora­da iş­gü­zar konfransdan baş­la­dı. Bi­zim­lə ey­ni və bən­zər fə­a­liy­yət sa­hə­lə­ri­nin nü­ma­yən­də­lə­ri­nin, yer­li mə­mur­la­rın qa­tıl­dı­ğı konfrans açıq söh­bət mü­za­ki­rə­lə­ri ilə keç­di. Bu il­lər ər­zin­də Nax­çı­van­da qu­ru­lub-ya­ra­dı­lan hər şe­yin ilk anonsla­rı­nı elə bu­ra­da al­dıq. Nax­çı­va­nın ye­ni­dən ya­ra­dıl­ma­sı pro­se­si­nin bir­ba­şa ic­ra­çı­sı olan in­san­la­rın bir qru­pu ilə can­lı tə­mas­da ol­duq. Hər bi­ri müm­kün qə­dər ge­niş da­nış­maq, biz qo­naq­la­ra öz di­ya­rı­nı da­ha ka­mil təq­dim et­mək is­tə­yir­di. Bu­na haq­la­rı da var. Axı bu di­yar həm də on­la­rın əli ilə ya­ra­dı­lıb və bu iş­də on­la­rın da zəh­mə­ti var...
 
  
 
Nax­çı­van­la bağ­lı, xü­su­si­lə də in­ter­net me­di­a­da rast gə­li­nən bir­tə­rəf­li, qə­rəz­li və qa­ra­la­yı­cı xə­bər və şərhlər­dən yer­li in­san­lar­da­kı na­ra­hat­lı­ğı gör­dük. Əl­bət­tə, heç on­lar da, biz­lər də o id­di­a­da de­yi­lik ki, Nax­çı­van "Ne­va Pros­pek­ti" ki­mi düm­düz­dü və heç bir əyər-əs­ki­yi yox­du. An­caq bu in­san­la­rın na­ra­hat­lı­ğı ilə müt­ləq ra­zı­laş­ma­lı olur­san - bu­gün­kü Nax­çı­van yer­li­lə­rin əsas­lı şə­kil­də tən­qid­lə qar­şı­la­dıq­la­rı qə­rəz­li ya­zı­lar­da gös­tə­ril­di­yi ki­mi de­yil axı... Be­lə ol­sa, bi­zim ün­siy­yət­də ol­du­ğu­muz can­lı in­san­lar­dan baş­qa, abad­laş­dı­rıl­mış can­sız kü­çə və parklar, sa­lın­mış ya­şıl­lıq­lar, ada­mın ölüb-qal­maq is­tə­di­yi yük­sək şə­kil­də abad­laş­dı­rıl­mış keç­miş xa­ra­ba­lıq­lar, sə­li­qə­li daş dö­şən­miş zi­ya­rət­gah­lar, müx­tə­lif öl­kə­lə­rin ar­xiv və toz bas­mış künc-bu­caq­la­rın­dan min­ bir əziy­yət­lə gə­ti­ri­lə­rək mil­li şə­rəf ta­ri­xi­mi­zin şa­hid­lə­ri­nə çev­ril­miş mu­zey ekspo­nat­la­rı, 2 min metr hün­dür­lük­də ta­ri­xi Əlin­cə qa­la­sı­nın ba­şın­da at-eş­şək gü­cü­nə qal­dı­rı­la­raq daş dö­şə­mə­lər­dən ya­ra­dıl­mış əzə­mət­li Bay­raq mey­da­nı, 150-200 metrlik da­ğın al­tın­da yüz metrlər­lə üfü­qi də­rin­lik­lə­rə iş­lə­miş məş­hur "Duz da­ğı"nın su­per cəl­be­di­ci tər­ti­ba­tı, da­ha nə­lər, nə­lər­sə can­lı­lar ki­mi dil açıb eti­raz edər, ya­zı­sı ilə qə­rəz püs­kü­rən­lə­rə "qı­zıl ba­lans" prin­si­pi­ni unut­ma və bir az əda­lət­li ol" de­yər, de­yə­cək də...
İl­lər ön­cə Af­ri­ka öl­kə­lə­rin­dən bi­ri­nə sə­fir gön­də­ril­miş Tür­ki­yə­nin Nax­çı­van­da­kı kon­su­lu­nun Mux­tar Res­pub­li­ka­nı tərk edər­kən mü­sa­hi­bə­sin­də de­di­yi bir cüm­lə­ni xa­tır­la­dım: "Və­siy­yət edə­cə­yəm ki, ölən­də mə­ni qay­ta­rıb Nax­çı­van­da dəfn et­sin­lər" Yer­li ca­ma­at de­yir ki, in­di Nax­çı­van­da də­lə­duz­luq, xu­li­qan­lıq, oğur­luq, yol qə­za­la­rı ki­mi xır­da ci­na­yət­lə­rin kö­kü kə­si­lib, ağır ci­na­yət hal­la­rı baş ve­rən­də isə bü­tün Res­pub­li­ka­nı tə­əc­cüb bü­rü­yür. İn­san­la­rın təh­lü­kə­siz ya­şa­dı­ğı bu böl­gə­də ölü­lə­rin də ra­hat yat­ma­sı­na gü­və­nən türk kon­su­lu­nun qə­ri­bə ar­zu­su­na haqq ver­dim...
 
 
 
 
Hə­qi­qə­tən də bu gün Nax­çı­va­nın ən çox nə­yə eh­ti­ya­cı var? Fa­si­lə­siz də­yiş­mə pro­se­si ge­dir, in­san hə­ya­tı təh­lü­kə­siz­di, yol­la­rı­na söz ola bil­məz, 350 ad­da müx­tə­lif tə­yi­nat­lı yer­li məh­sul is­teh­sal olu­nur, hər­bi his­sə­lər­də ide­al ni­zam-in­ti­zam, nəq­liy­yat­da qay­da-qa­nun, ina­nıl­maz sə­li­qə-sah­man, tə­miz­lik də öz ye­rin­də... Ba­kı­nın abad­lı­ğı­na ba­xan adam­lar qoy in­ci­mə­sin­lər, Nax­çı­va­nı gör­səy­di­lər və gör­dük­lə­rin­dən nə­ti­cə çı­xar­say­dı­lar, ün­van­la­rı­na yağ­dı­rı­lan tən­qid­lə­ri qə­bul edər­di­lər. Biz ora­da ol­du­ğu­muz iki gü­nün bi­ri in­ten­siv ya­ğış­lı keç­di. An­caq ya­ğı­şın föv­qə­la­də nə­ti­cə­lə­ri­nin şa­hi­di ol­ma­dıq. Aza­cıq ya­ğış­dan son­ra Ba­kı­da ke­çil­məz göl­mə­çə­lə­rin əlin­də əsir-ye­sir qa­lan tə­sər­rü­fat­çı rəh­bər­lər ge­dib Nax­çı­van­da təc­rü­bə öy­rən­sə­lər, pis ol­maz.
Bu gün Nax­çı­va­nın dü­rüst, əda­lət­li ya­naş­ma­la­ra çox bö­yük eh­ti­ya­cı var. Bu ha­mı­ya aid­dir - is­tər jur­na­list, is­tər qey­ri jur­na­list ol­sun, get­din­sə, gör­dün­sə, doğ­ru və ger­çək ola­nı eti­raf et­mə­li­sən. An­caq bə­zi hal­lar­da bu­nun ək­si baş ve­rir, ora­nı qu­rub-ti­kən in­san­la­rın qəl­bi­nə to­xu­nan ya­zı­lar pey­da olur. Bu­ra­da Ba­kı­dan ge­dən­lər ola­raq bəl­kə bi­zim də gü­na­hı­mız var. Gö­rü­nür, biz­lər in­di­yə qə­dər Nax­çı­van­da­kı pro­ses­lə­ri, ge­niş­miq­yas­lı də­yiş­mə­lə­ri həm də bü­tün Azər­bay­ca­nın ka­mil­lə­şən döv­lət­çi­lik pro­se­si­nin tər­kib his­sə­si ki­mi qə­bul edə və ona müm­kün qə­dər çox diq­qət ayı­ra bil­mə­mi­şik. Baş­qa söz­lə de­sək, Nax­çı­van­da ge­dən iş­lə­ri tək­cə Nax­çı­va­nın özü­nə dəx­li olan mə­sə­lə ki­mi qə­bul edə­rək bir az köl­gə­də bu­rax­mı­şıq. Mə­sə­lə­nin nax­çı­van­lı­la­rın öz­lə­ri­nə aid mə­su­liy­yət tə­rə­fi də var. Hər kəs özü­nün gü­cü­nü Nax­çı­va­nın abad­laş­dı­rıl­ma­sı kon­tekstin­də qar­şı­sı­na qo­yul­muş konkret və­zi­fə­lə­rin key­fiy­yət­li ic­ra­sı­na yö­nəltdi­yi üçün ic­ra edil­miş iş­lə­rin bö­yük nə­ti­cə­lə­ri­ni ta­nıt­maq, mü­a­sir me­ne­cer­lə­rin di­li ilə de­sək, rek­lam et­mək gö­rü­nür ar­xa pla­na ve­ri­lib. Tə­va­zö­kar­lıq yax­şı key­fiy­yət­di. An­caq o da heç ol­ma­sa mi­ni­mum həd­din­də ol­ma­lı­dı. Bu həd­dən aşa­ğı dü­şən­də gö­rül­müş re­al iş­lə­rin nə­ti­cə­si kə­na­ra sı­xış­dı­rı­lır, or­ta­da tək-tək nü­ansla­ra söy­kə­nən qə­rəz və it­ti­ham­lar at oy­nat­ma­ğa baş­la­yır. Mü­ba­li­ğə­siz de­yim ki, bu gün Mux­tar di­ya­rı­mı­zın adi mə­mu­run­dan baş­la­ya­raq ta Ali Məc­li­sin rəh­bər­li­yi­nə qə­dər ha­mı­nın qu­rub-ya­rat­dı­ğı ilə bun­la­rı da­ha ge­niş au­di­to­ri­ya­la­ra ta­nıt­maq fə­a­liy­yə­ti ara­sın­da ba­lans yox­du. Hal­bu­ki, bu ba­lan­sın ol­ma­sı çox va­cib­di. Be­lə bir de­yim var: aşı­ğı oy­na­maq üçün yı­ğır­lar. Tor­pa­ğı da tək­cə abad­laş­dır­maq xa­ti­ri­nə abad­laş­dır­mır­lar. Bun­la­rı ha­mı­ya gös­tər­mək də la­zım­dır. Baş­qa­la­rı­na da nü­mu­nə ol­sun de­yə, nə­yi­sə də­yiş­mə­yi müm­kün­süz sa­yan tən­bəl və pin­ti­lər hə­rə­kət et­sin­lər de­yə... Ni­yə də Ba­kı­da­kı in­san­la­rın, böl­gə­lə­ri­mi­zin əha­li­si­nin, hə­lə də abad yo­lu, işı­ğı, qa­zı ol­ma­yan bə­zi uc­qar kəndlə­ri­mi­zin sa­kin­lə­ri­nin, bun­la­ra gö­rə mə­sul olan yer­li rəh­bər­lə­rin Nax­çı­van­da re­al­la­şan gö­zəl­lik­lər­dən xə­bə­ri ol­ma­sın?!
KİV DF-nin təş­kil et­di­yi bu sə­fər Azər­bay­ca­nın baş­qa böl­gə­lə­rin­də in­di­yə qə­dər ke­çir­di­yi­miz gö­rüş­lər­dən tə­bii ki, fərqli­di. İki sa­də sə­bəb var. Baş­qa böl­gə­lər, hət­ta ən uc­qar kəndlə­ri də da­xil ol­maq­la, Nax­çı­van qə­dər abad de­yil, ikin­ci sə­bəb, Nax­çı­van rəh­bər­li­yi bu fərqli mən­zə­rə­ni baş­qa­la­rı ilə mü­qa­yi­sə­də da­ha az im­kan­lar­la hə­ya­ta ke­çi­rə bi­lib.
 
 
 
 
Bu sə­fə­rin bi­zə də, Nax­çı­van rəh­bər­li­yi­nə də, Nax­çı­van sa­kin­lə­ri­nə də əhə­miy­yət­li ola­ca­ğı­na şüb­həm yox­du. Bi­zim üçün əhə­miy­yət­li­dir ki, Nax­çı­va­nı in­di­yə qə­dər me­di­a­nın ən iti ba­xış bu­ca­ğın­dan kə­nar­da tut­maq ənə­nə­si sın­dı. Nax­çı­van rəh­bər­li­yi üçün əhə­miy­yət­li­dir ki, bu di­ya­rın gə­lə­cə­yi­nə şüb­hə ilə ba­xan­la­rın proq­noz­la­rı­nı alt-üst edə­rək, ora­da ya­rat­dıq­la­rın­dan bü­tün azər­bay­can­lı­la­rın, hət­ta əc­nə­bi­lə­rin zövq ala bil­mə­si­nə da­ha bir im­kan açıl­dı.
 
Nax­çı­van əha­li­si üçün əhə­miy­yət­li o ol­du ki, Ba­kı me­di­a­sı­nın bu gün Nax­çı­van­la bir­gə ol­maq is­tə­yi­ni re­al ola­raq gör­dü. Bil­mə­yən­lər üçün de­yim ki, in­di­yə qə­dər KİV DF-nin İc­ra ha­ki­miy­yət­lə­ri ilə ke­çir­di­yi gö­rüş­lər­dən son­ra me­di­a­mı­zın hə­min böl­gə­yə ba­xı­şı də­yi­şib, ob­yek­tiv və qə­rəz­siz ba­xış da­ha üs­tün ten­den­si­ya­ya çev­ril­mə­yə baş­la­yıb. Ey­ni­lə Nax­çı­van­la da gə­lə­cək mü­na­si­bət­lə­rin be­lə ola­ca­ğı­na şüb­hə yox­du. Və bu, yer­li ha­ki­miy­yət­lər­lə me­dia ara­sın­da iş­gü­zar əla­qə­lə­rin qu­rul­ma­sın­da KİV DF-nin öz mis­si­ya­sı­nı yük­sək sə­viy­yə­də ic­ra et­di­yi­nə növ­bə­ti sü­but ola­caq.
 
 
 
 
Son 20 il­də dün­ya­nın say­sız yer­lə­rin­də ol­mu­şam, rəs­mi və qey­ri-rəs­mi in­san­lar­la gö­rüş­mü­şəm. Nax­çı­van ki­mi fa­si­lə­siz və sü­rət­lə də­yi­şən tək-tək yer­lə­ri xa­tır­la­yı­ram.
İl­lər ön­cə hə­rə bir mo­ti­vin tə­si­ri al­tın­da ol­maq­la bir çox­la­rı Nax­çı­va­nı tərk et­di. Şəx­sən mə­nim özü­mün Nax­çı­va­nı, Ali Məc­lis­də döv­lət qu­ru­cu­lu­ğu şö­bə­si­nin baş re­fe­ren­ti və­zi­fə­si­ni tərk et­mə­yi­min sə­bəb­lə­ri bun­la­rın heç bi­ri­nə ox­şa­mır. Bə­zi­lə­ri şəx­si am­bi­si­ya ilə di­ya­rı tərk et­di, bə­zi­lə­ri mux­ta­riy­yə­ti məh­və məh­kum he­sab et­di­yin­dən, onun­la bir­lik­də qü­rub et­mək is­tə­mə­di­yi üçün tərk et­di. O za­man, yə­ni mər­hum Hey­dər Əli­ye­vin Ba­kı­ya gə­li­şin­dən son­ra­kı ilk il­lər­də bəl­kə də Nax­çı­van əha­li­si­nin bö­yük his­sə­si pes­si­mist
ov­qat­da idi, sa­ba­ha ay­dın ba­xa bil­mir­di, məh­və məh­kum ol­du­ğu­nu dü­şü­nür­dü. Azər­bay­can­dan tam təc­rid və­ziy­yə­ti­nə düş­müş in­san­la­rın üs­tə­lik mər­hum Hey­dər Əli­ye­vin Ba­kı­ya qa­yıt­ma­sın­dan son­ra nik­bin əh­val­da ola bil­mə­lə­ri za­tən tə­əc­cüb­lü olar­dı. O za­man Nax­çı­van­da tam fərqli və op­ti­mist dü­şün­cə­li in­san­la­ra çox bö­yük eh­ti­yac var idi. Məhz on­lar MR əha­li­si­ni bu pes­si­mizmdən qur­tar­ma­lı, inan­dır­ma­lı idi­lər ki, Nax­çı­van bu və­ziy­yət­dən nə­in­ki çı­xa­caq, üs­tə­lik özü­nü xey­li gö­zəl­ləş­di­rə­cək də. Be­lə pas­si­o­nar, yə­ni özü ilə bə­ra­bər baş­qa­la­rı­na da ener­ji ötü­rə bi­lən apa­rı­cı­la­rın ön­cü­lü ol­maq mis­si­ya­sı Va­sif Ta­lı­bo­vun üzə­rin­də düş­dü.
Hə­ya­tı­mın bö­yük his­sə­si Nax­çı­van­la bağ­lı olub. Uni­ver­si­tet­də, bir ne­çə il Ali Məc­lis­də iş­lə­mi­şəm. Ali Məc­li­sin səd­ri pos­tun­da əf­sa­nə­vi Hey­dər Əli­ye­vi ya­xın­dan gör­mək, onun ilk uğur­lu şa­girdlə­rin­dən bi­ri olan Va­sif Ta­lı­bo­vun rəh­bər­li­yi al­tın­da iş­lə­mək, onun­la ün­siy­yət im­kan­la­rım olub. Hey­dər Əli­ye­vin hə­lə Nax­çı­van­da ikən bu di­ya­ra və bü­tün Azər­bay­ca­na nə­lər ve­rə bi­lə­cə­yi mə­nim üçün qey­ri-mü­əy­yən de­yil­di. Elə bu­nu bil­di­yim üçün Azər­bay­can­da Hey­dər Əli­ye­vin ilk mü­da­fi­ə­çi­lə­rin­dən ol­dum, 91-92-ci il­lər­də yer­li "Ağ­rı­dağ" qə­ze­tin­də, Ba­kı­da "İki sa­hil" qə­ze­tin­də, Nax­çı­van te­le­vi­zi­ya­sın­da çı­xış­la­rım­da Hey­dər Əli­ye­vi Azər­bay­ca­nın bü­tün si­ya­si perspek­tiv­lə­rin­dən kə­nar­da qoy­maq is­tə­yən­lə­rin çox zi­yan­lı yol­da ol­duq­la­rı­nı gös­tər­mə­yə ça­lış­dım. Hey­dər Əli­ye­vin Azər­bay­can döv­lət­çi­li­yi­nə 1918-ci il­dən son­ra­kı dövr üçün ikin­ci nə­fəs­lik aç­maq­da al­ter­na­tiv­siz rol oy­na­ya bi­lə­cə­yi­ni əv­vəl­dən gö­rür­düm. Ön­cə­dən gö­rü­lən­lər son­ra­dan ger­çək­ləş­di.
Hey­dər Əli­yev­dən son­ra Va­sif Ta­lı­bo­vun Nax­çı­van üçün nə­lə­ri edə bi­lə­cə­yi bə­zi­lə­ri­nə ina­nıl­maz, bə­zi­lə­ri­nə qey­ri-mü­əy­yən gö­rün­sə də, bu sə­tir­lə­rin mü­əl­li­fi ola­raq mə­nə ay­dın idi. Onun Hey­dər Əli­yev mək­tə­bin­dən tə­sir­lən­mə­si fak­to­ru­na adi bax­maq ol­maz­dı. Çün­ki bu si­ya­si mək­təb tək öz şa­girdlə­ri­ni yox, hət­ta ona kə­nar­dan ba­xan­la­rı da öy­rət­mək gü­cün­də olan ori­ji­nal tə­za­hür idi. 90-92-ci il­lər­dən baş­la­ya­raq o mək­tə­bin çox "şa­girdlə­ri" və "mə­zun­la­rı" ol­du. An­caq Nax­çı­va­nın bu­gün­kü mən­zə­rə­si, iq­ti­sa­di po­ten­si­a­lı, is­teh­sa­lat gü­cü sü­but edir ki, Hey­dər Əli­ye­vin döv­lət­çi­lik tə­fək­kü­rü­nə, ida­rə­çi­lik prin­sip­lə­ri­nə, ha­ki­miy­yət mə­su­liy­yə­ti­nə, xa­rak­te­ri­nə, məq­səd­yön­lü­lük prin­sip­lə­ri­nə Nax­çı­van­da ən ya­xın olan Va­sif Ta­lı­bov imiş. Nax­çı­van­da Hey­dər Əli­ye­vin əli­nin al­tın­da çox­la­rı iş­lə­di. İn­di har­da­dı on­lar? Hey­dər Əli­ye­vin öy­rət­mək is­tə­dik­lə­ri­ni on­la­rın ha­mı­sı öy­rən­di­mi? Kim­sə de­yə bi­lər­mi ki, Hey­dər Əli­yev ida­rə­çi­li­yi Nax­çı­van­da tək Va­sif Ta­lı­bo­va öy­rət­mək is­tə­yir­di?! Hey­dər Əli­yev üçün önəm­li de­yil­di ki, onun ida­rə­çi­lik təc­rü­bə­si­ni Nax­çı­van­da kim­lər öy­rə­nə­cək. Onun üçün ma­raq­lı idi ki, öy­rə­nən­lər müm­kün qə­dər çox ol­sun...Kim­lər öy­rən­di, kim­lər öy­rən­mə­di, bu ar­tıq hər kə­sin öz şəx­si qa­bi­liy­yət mə­sə­lə­si idi...
 
"Duz da­ğı" ya­la­yan in­gi­lis­lə­rin sa­yı­nı ar­tır­maq gə­rək­di...
 
Hey­rət­lən­di­yi­miz ün­van­la­rın ha­mı­sı haq­qın­da ay­rı­lıq­da söh­bət aç­maq üçün ye­tə­rin­cə əsas­lar var. An­caq da­ha təf­si­lat­lı söh­bət­lə­ri növ­bə­ti sə­fə­ri­mi­zə sax­la­yaq və ümid edək ki, MR rəh­bər­li­yi me­dia ilə da­ha bir ge­niş gö­rü­şə məq­bul ya­na­şa­caq. Bu gün Nax­çı­va­nın bö­yük bir pi­ar işi­nə eh­ti­ya­cı­nın ol­ma­sı bu­nu diq­tə edir. Gə­rək­di ki, məş­hur "Duz dağ" mü­a­li­cə mü­əs­si­sə­si­nin hə­qi­qə­tən duz­dan iba­rət ol­du­ğu­nu yə­qin­ləş­dir­mək üçün ora­nı di­li ilə ya­la­yan in­gi­lis-əc­nə­bi­lər yüz­lər­lə, min­lər­lə ol­sun. Mü­qəd­dəs Əs­ha­bi-Kəh­fə qə­dər ne­çə ki­lo­metrlər­lə tam işıq­lan­dı­rıl­mış və ət­ra­fı ya­şıl­laş­dı­rıl­mış yol, zi­ya­rət­ga­hın zir­və­sin­də­ki na­ğıl­va­ri "Cən­nət ba­ğı"na qə­dər 1400 pil­lə­lik ya­ra­şıq­lı çı­xış han­sı əc­nə­bi­nin diq­qə­ti­ni çək­məz ki?! Tey­mur­lən­gi düz 14 il mü­ha­si­rə əza­bı­na məh­kum et­miş ta­ri­xi Əlin­cə qa­la­sı hər bi­ri­miz üçün mil­li-mə­nə­vi qü­rur ob­yek­ti­dir. 15-20 il əv­vəl az say­da adam­lar bun­dan xə­bər­dar idi, da­ha az say­da adam­lar isə onu öz göz­lə­ri­lə gör­müş­dü. Bu gün Əlin­cə­nin zir­və­sin­də - 2 min metr hün­dür­lük­də ya­ra­dıl­mış fü­sun­kar Bay­raq mey­da­nı, bu mey­da­na qə­dər 1500-dək pil­lə­kən­li yol hər bir şəx­sə or­da­kı gö­zəl­lik­lə­rə şa­hid ol­maq im­ka­nı ve­rir. Kim nə de­yir de­sin, Əlin­cə­yə çə­ki­lən əzə­mət­li yol Azər­bay­ca­nın şə­rə­fi sa­yı­lan bu qa­la­nı ye­ni­dən xal­qı­mı­za qay­tar­maq­dı. İra­nın bir His­sə­si­ni, bü­tün Nax­çı­va­nı ovuc içi ki­mi gös­tə­rən Əlin­cə zir­və­si­ni, onun ina­nıl­maz zövq və əziy­yət­lə çə­kil­miş yo­lu­nu, ba­şın­da­kı Bay­raq mey­da­nı­nı bir­cə də­fə gör­mək üçün is­tə­ni­lən bir əc­nə­bi və­tən­daş nə qə­dər de­sə­niz pul xərclə­yə bi­lər. Hə­lə tam açıl­ma­mış tu­rizm po­ten­si­a­lı Nax­çı­van üçün bö­yük val­yu­ta gə­ti­rə bi­lən bir mən­bə­dir. Da­ha bir mən­bə. Mux­tar Res­pub­li­ka­da­kı Biz­nes Mər­kə­zin­də bir də­fə ol­maq ki­fa­yət­di ki, yer­li is­teh­sal sa­yı­lan 350-dən çox ad­da­kı mal­la­rın xa­ri­cə çı­xı­şı­nın təş­kil olun­ma­sı ilə Res­pub­li­ka­ya nə qə­dər val­yu­ta­nın axa bi­lə­cə­yi­ni tə­səv­vür edə­sən. Ye­tər ki, Nax­çı­va­nı əc­nə­bi­lə­rə, Azər­bay­ca­nın baş­qa böl­gə­lə­rin­dən olan in­san­la­ra "xortdan" ob­ra­zın­da yox, elə bu­gün­kü re­al ob­ra­zı ilə təq­dim edə bi­lək. Bu həm biz­dən, həm də Nax­çı­va­nın öz rəh­bər­li­yin­dən çox ası­lı­dır.