​Ayda neçə dəfə ət yeyirsiniz? - Bakı sakinlərindən maraqlı videosorğu

 
 
Ölkə.Az-ın çəkiliş qrupu paytaxtın küçələrindən növbəti videosorğu hazırlayıblar.
 
Bu gün mikrofonu uzadılmış Bakı sakinlərindən bir ay ərzində neçə dəfə ət yedikləri soruşulub.
 
Hamımız vegeterian olmuşuq. Ölkədə baş verən devalvasiya və ərzaq məhsullarının qiymətinin artımı hər birimizin gündəlik həyatına öz təsirini göstərib.
 
Sualımıza cavab verən paytaxt sakinlərinin verdiyi cavablardan da bunu aydın hiss eləmək olur.
 
Ətsiz dayana bilməyənlərdən tutmuş, bu məhsulu rasionundan çıxaranlara qədər bir çoxları suallarımızı cavablandırıb.
 
Həmin videosorğunu sizə təqdim edirik: