​Ayaz Quliyev: Qriqoryanla millət məsələsində problemim olmadı

 
 
Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevin müsahibəsini təqdim edir
Sportlife.az sizə Rusiyanın "Anji" klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevin müsahibəsini təqdim edir.
 
 - "Anji"də işlərin necə gedir?
 
- Ümumi götürəndə, "Anji"nin çempionatda işləri yaxşı getmir. Praktiki olaraq bütün oyunları uduzmuşuq. Cəmi bir oyunda qalib gəldik. Ona görə, mənim də işlərimin yaxşı getmədiyini deyə bilərəm.
 
- Baş məşqçinin dəyişməsi sənin komandadakı işinə təsir edəcək?
 
- Baş məşqçimiz dəyişdi. Necə olacağını mən bilmirəm. Aydın məsələdi ki, mənə və bütün komandaya təsiri olacaq. Nəticə olmayanda baş məşqçinin dəyişməsi normal haldı.
 
- Səncə, Aleksandr Qriqoryanın gedişi vacib idi?
 
- Onun qalıb və ya getməli olduğuna qərar vermək mənə düşməz. Qriqoryan müsahibəsində deyib ki, cəsarət toplayıb getmək lazımdı. Bilmirəm özü getdi, yoxsa vəzifəsindən uzaqlaşdırdılar. Qriqoryan özü də deyirdi ki, əgər yaxşı oynayıb sonda nəticə yoxdursa, məğlub olursansa ən doğrusu baş məşqçinin dəyişməsidi.
 
- Çoxları düşünürdü ki, Aleksandr Qriqoryanla problemlərin olacaq. Heç "Anji"də Qriqoryanla problem yaşadın?
 
- Xeyr, bu müddət ərzində Qriqoryanla heç bir millət məsələsində problemim olmadı. Buna yaxın heç söhbət belə olmadı. Qriqoryan mənə heç vaxt pis davranmayıb. Özü də hər zaman yaxınlaşıb yaxşı danışırdı. Konkret olaraq heç vaxt problemimiz, pis söhbət olmayıb.
 
- Belə çıxır ki, gələcəkdə yenidən Qriqoryan sənə təklif göndərsə, onunla işləməyə razılıq verərsən?
 
- Bunu öncədən deyə bilmərəm axı. Çox çətin sual oldu. İndi icarə əsasında "Anji"dəyəm və ilin axırında "Spartak"a qayıdacam. Ondan sonra karyeramı harada davam etdirəcəyimi bilə bilərəm.
 
- Premyer Liqada Gürcüstan, Ermənistan, Finlandiyadan belə legioner var, ancaq azərbaycanlı oyunçu yoxdu. Səncə, nəyə görə bizim futbolçular rus klubları üçün maraqsızdı?
 
- Düzümü desəm, heç bilmirəm. Heç indiyə qədər düşünməmişəm bu barədə. Bunun niyə belə olduğuna cavab vermək çətindi. Bəlkə klublar üçün maraqsızdı, bəlkə də futbolçuların özü üçün Rusiyada oynamaq maraqsızdı. Azərbaycanlı futbolçular onsuzda elə orada da uğurlu çıxış edirlər. Bəlkə azərbaycanlı futbolçuları hər şey razı salır deyə, nəyisə dəyişməyə ehtiyac yoxdu.
 
- Ramil Şeydayevlə əlaqə saxlayırsan? "Jilina"nın heyətində bəzən oynayır..
 
- Əlbəttə, Şeydayevlə danışırıq. Ancaq konkret olaraq "Jilina"dakı durumu barədə elə də danışmırıq. Oradakı durumu barədə özündən soruşsanız məncə, özü daha yaxşı sizə danışar. (azerisport.com)
 

Загрузка...
Загрузка...