Ayaqqabısından və corablarından narkotik çıxdı

Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanıondan narkotik vasitələr aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında 1 ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında 1 ədəd olmaqla, cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190.091 qram heroin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1400 mq təşkil edir.
Faktla bağlı araşdırma aparılır.