“Ay millət, ölkə dibə gedir”: bahalaşma minlərlə iş yerini bağlayır - ÖZƏL

 
Artıq vəziyyət getdikcə pisləşməyə doğru inkişaf edir; Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək...
 
Politika.Az xəbər verir ki, bunu deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
 
Deputat bildirib ki, artıq bununla bağlı iş adamları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər.
 
“Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildirdi.
 
Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?!”.
 
İqtidaryönlü deputat ölkədə işsizliyin artacağını açıq şəkildə bəyan edirsə, deməli qarşıda minlərlə insan iş yerini itirəcək.
 
Bu ölkə batır. Bu cənnət məmləkət uçurumun lap ucundadır. Bu ölkə batsa, hamımız batacağıq. İqtidarı da, müxalifəti də, naziri də, fəhləsi də...
 
Dünya Bankının ekspertlərinin proqnozuna görə Azərbaycan iqtisadiyyatı hələ üç il davamlı şəkildə dibə gedəcək. Gələn il bu günə baxıb "bəy kimi yaşayırdıq" deyəcəyik.
 
Zəhmətsiz neft puluna öyrəncəli bu tüfeyli idarəetmə ilə nəinki üç, heç otuz üç ildən sonra da məmləkət düzələsi deyil. Söhbət millətin və dövlətin taleyindən, balalarımızın və hər birimizin həyatından gedir.
 
Politika.Az xəbər verir ki, amma gərək bir məsələdə hakimiyyətin çox “usta” davarandığını etiraf edək. Gördünüz, dərmanların qiymətini necə ustalıqla qaldırdılar, heç ruhumaz da incimədi? Dərmanların qiymətini də paketlədilər qaz və elektrikin arasına, artırdılar getdi.
 
Qaz və elektrikin qiymət artımına heç olmasa monitor arxasında olsa da bir az əsəbiləşdik. Qaz və işıq başımızı necə qatdısa, dərmanların qiymətinin qalxmasına heç komputer arxasında da əsəbiləşə bilmədik.
 
Təəssüf ki, həm Tarif Şurası, həm də Tarif Şurasına müraciət edən qurumlar 2009-cu ildə prezidentin dövlət tərəfindən kommunal xidmətlərin tariflərinin maya dəyərinə uyğunlaşdırılması haqqında fərmanını yaddan çıxarıblar. Bu fərmanda qeyd olunurdu ki, müstəqil qiymətləndirmə aparılsın.
 
Heç kəsə sirr deyil ki, Azərbaycanda bu tipli qurumlar, kommunal xidmət göstərən dövlət şirkətləri maya dəyərini şişirdirlər və ödəniləcək verginin məbləğini azaldırlar. Bununla, əslində idarəetmənin necə bərbad olduğunu göstərirlər. Bundan sonra işsizlər ordusu yaranacaq və hökumətə etirazlar güclənəcək.

Загрузка...
Загрузка...