​"Ay bərəkallah" dedirdən biznes — məktəbdən pulu belə çıxarırlar + VİDEO

 
 
Ağdaşda təhsil ocağından biznes mənbəyi kimi istifadə olunur
 
Ölkə.Az-a daxil olan məlumatda bildirilir ki, M.Şeyxzadə adına TTH təmayüllü gimnaziyanin rəhbərliyi təhsil ocağını biznes gözü ilə görərək ondan gəlir vasitəsi kimi istifadə etmək qərarına gəlib. Belə ki, rəhbərlik gimnaziyanın əsas girişində yerləşən bir hissəni gözəllik salonu kimi işlədir.
 
"Gözəllik dünyanı xilas edəcək" - məsəlini üstün tutaraq təhsili bir kənara itələyən məktəb rəhbərliyinin bu addımı etiraza səbəb olub. Təhsili ikinci plana salaraq gözəlliyə və eyni zamanda iqtisadiyyata önəm verən gimnaziya rəhbərliyi əlavə qazanc mənbəyi axtarışındadır.
 
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Ulu Öndər Heydər Əliyevin bu sözləri olan tablonun aşağısında gözəllik salonu açan rəhbərlik bu şüara hərfən əməl etməyi qarşısına məqsəd qoyub.
 
Həmin görüntüləri sizə təqdim edirik: