Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib

Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 19.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Türkiyə vətəndaşı Hikmet Kaynar tutulub.