AXCP sədrindən SƏRT TƏPKİ: "Azyaşlılarla nikahı lənətləyirəm"

 
    
 
"15-16 yaşlı qızların ərə verilməsini, onlara elçi gedilməsini, azyaşlı qızları gəlin görmək istəyənləri, azyaşlı qızı özünə arvad görənləri, azyaşlı qızlara şəhvət gözüylə baxanları şiddətlə qınayır və lənətləyirəm. Bu cür düşüncə sahiblərini, bu cür addım atanları, qızını az yaşında ərə vermək istəyən valideynləri cəmiyyət lənətləməlidir və bütün normal düşüncə sahiblərini onları lənətləməyə çağırıram.Bütün oğlanlara və kişilərə müraciət edirəm. 14-16 yaşlı qızlara elçi göndərmək vəhşilik və mədəniyyətsizlikdir".
 
Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Tanınmış aparıcının azyaşlı qıza elçi getməsinə münasibət bildirən AXCP sədri "Bu hərəkət görməmişlik və acgözlükdür. Bu, cinsi təcavüzdür. Özünüzü ələ alın.
 
Mən Azərbaycan hökumətindən tələb edirəm ki, bu kimi hərəkətlərə qarşı qanuni tədbirlər görsün və bu sahədə qanunları daha da sərtləşdirsin.
 
Hər kəsi bu kimi hallara qarşı çıxmağa və belə nalayiq addım atanları lənətləməyə çağıraram. Gəlin mədəni ölkə quraq. Gəlin mədəni olaq. Oxuyun, öyrənin, mədəni ölkələrin və insanların sırasına qoşulaq" deyə vurğulayıb.
 
Cebhe.info

Загрузка...
Загрузка...