AXCP sədri benzinin qiymətinin qalxmasına etiraz etdi

 
    
 
AXCP sədri Razi Nurullayev benzinin qiymətinin qalxmasının növbəti bahalaşamaya səbəb ola biləcəyini deyib.
 
O bildirib ki, benzinin qiymətinin qalxması xalq üçün ciddi sıxıntılar yaradacaq: “Hər şeyin qiyməti qalxacaq. Hazırda neftin qiymətləri 60 dollarıdan yüksəkdir, insanlar sevinirdi ki, neft qalxdıqca, manat stabilləşdikcə qiymətlər aşağı düşəcək. Tarif Şurasının verdiyi qərar düzgün deyil, sosial vəziyyəti daha da ağırlaşacaq”.
 
Bu kimi qərarlar veriləndə xalqın maraqlarının nəzərə alınmadığını deyən R.Nurullayev qiymətin qalxmasının xalqın sosial rifahına mənfi təsir etdiyini deyib: “Benzin ixrac etmək dövlət büdcəsinə ziyan yaradırsa, qiymətin qalxması da insanların sosial həyatına, dolanışığına ziyan vurur. Hər şey xalq və millət üçün deyilmi?”
 
Nigar
Cebhe.info

Загрузка...
Загрузка...