AXCP Kərkükə dəstək aksiyası keçirəcək: Meriyaya müraciət

 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası 6 oktyabr 2017- ci il, saat 12:00 -da İraqın ölkəmizdəki səfirliyi qarşısında bu ölkənin ərazi bütövlüyü və Kərkükdə yaşayan soydaşlarımıza dəstək aksiyası keçirəcək.
 
Partiyadan Cebhe.info-ya verilən məlumata görə, son dövrlər İraqın ərazi bütövlüyünə qarşı yaranmış təhlükə nəticəsində tarixən və soy kökü baxımından bizə - Azərbaycana bağlı kərküklü soydaşlarımızın ağır duruma düşməsi eyni milli mənsubiyyətin daşıyıcıları olaraq AXCP üzvlərini də narahat edir:
 
“Kərkükə qarşı ərazi iddiaları, onların yenidən əsarətə və basqıya məruz qalma halları mövcuddur. Kərküklü soydaşlarımızın bu ağrılı günlərində onlara dəstək olmaq, tarixən yaşadıqları torpaqlarda normal yaşamlarına davam etmələri üçün lazımı şəraitin yaradılması, təhlükəsizliklərinin təmin olunması kimi məsələlərdə onlarla həmrəy olduğumuzu nümayiş etdirmək hər birimizin mənəvi borcudur. Ona görə də Mərkəzi İraq Hökumətinin ölkəmizdəki səfirliyinə xitabən qeyd edilən mövzu ətrafında hazırlanmış Bəyanat səsləndiriləcək və səfirliyə təqdim ediləcək. Qeyd edək ki, aksiyamız dinc və sadəcə kərküklü soydaşlarımıza dəstək xarakteri daşıyır”.
 
Aksiya barədə qanunvericiliyə müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinə müraciət məktubu təqdim edilib.
 
Cebhe.info

Загрузка...
Загрузка...