AXCP Gənclər Komitəsinin üzvü həbs edildi

 
 
AXCP Gənclər Komitəsinin üzvü İslam Sahiboğluna qanunsuz olaraq 30 sutka həbs cəzası verilib.
 
Bu barədə AXCP sədr müavini Gözəl Bayramlı məlumat verib:
 
“Hakimiyyətin AXCP-yə qarşı repressiya siyasəti davam edir.
 
AXCP Yasamal rayon şöbəsinin daha bir fəalı həbs olundu. Bu gün səhər saatlarında polislər tərəfindən həbs olunaraq 29-cu polis bölməsinə aparılan İslam Sahiboğluna məhkəmənin qərarı ilə 30 sutka həbs verildiyi bildirilir.”