AXC hakimiyyəti Qarabağ əllilərinə güzəştlər verməkdə günahlandırılır

 

Hadı Rəcəbli AXC hakimiyyətini Qarabağ əlillərinə yaxşı münasibətdə ittiham edib. Deputatın hər kəsi təəccübləndirən ittihamına AXCP sədri Əli Kərimli facebook səhifəsində münasibət bildirib. Əli Kərimli yazır:
 
Hakimiyyət təmsilçisi Hadı Rəcəbli bir illik Elçibəy hakimiyyətini Qarabağ əlillərinə dərmanı pulsuz verməkdə, onlara nəqliyyatdan pulsuz istifadə hüququ verməkdə, bir sözlə Qarabağ qazilərinə çoxlu güzəştlər etməkdə ittiham edib. İndi sual budur ki, xalqla hesablaşan, xalqın səsindən asılı olduğunu düşünən, Vətəni qorumağı özünə borc bilən, Qarabağın işğaldan azad edilməsinə həqiqətən çalışan bir siyasi qüvvə Vətən üçün canından keçmiş Qarabağ əlillərinə hörmətsizliyini bu qədər açıq şəkildə ifadə edə bilərdimi? Öz siyasi rəqibini Qarabağ qazilərinə daha artıq hörmət qoyduğuna görə tənqid etməyə cəsarət edə bilərdimi? Qarabağ qazilərinə bu münasibət iqtidar komandasının nə qədər anti – milli olduğunu nümayiş etdirmirmi?