​Avtovağzalda gecələr kriminal həyat hökm sürür! - Gərginlik

 
 
Bakı Beynəlxalq Avtovağzalında gecələr kriminal həyat hökm sürür
 
Bunu saytımıza tanınmış jurnalist Fəxriyyə Abdullayeva deyib. Onun sözlərinə görə, iki gün əvvəl hüzrü düşdüyü üçün təcili rayona getməli olub və avtovağzala yaxınlaşıb: “Gecə saat 11-12 olardı, yaxınlaşdıq Gürcüstana gedən avtobusa, gedişhaqqını soruşduq, dedilər 12 manatdı. Etirazımızı bildirdik ki, axı biz həmişə 10 manata gedirik bu yolu. Bizə dedilər saat 6-dan sonra qiymət dəyişir, inanmırsız gedin kassadan soruşun. Yüklərimizi avtobusa yığdıq, mən yol yoldaşlarıma və bizi yola salmağa gələn qohumlarıma dedim ki, gözləyin gedib kassadan maraqlanacam. Getdim, amma kassa bağlı idi. Təsəvvür edin, gecə saatlarında avtovağzaldan çıxan bütün avtobuslar özfəaliyyətlə məşğuldur, heç kim kassadan bilet alıb onların xidmətindən yararlana bilməz. Geri qayıtdıqda isə gördüm ki, bizə verilən yerləri başqasına satıblar. Soruşanda dedilər ki, sən gedib kassadan maraqlanmaq istədiyin üçün acıqla etmişik. Görün müştəri ilə, vətəndaşla hansı səviyyədə davranırlar”.
 
F.Abdullayeva deyir ki, sürücülərin bu hərəkətinə etiraz edəndə onları yola salmağa gələn gəncləri davaya çəkiblər: “Əlbəyaxa dava etdilər, bizimlə olan iki nəfərin hər birinin üzərinə 5-6 nəfər tökülmüşdü. Onu da deyim ki, gecənin o saatlarında avtovağzalda nə bir mühafizəçi, nə də bir polis var idi. Həmin vaxt orada qan tökülsəydi heç kim qarışmayacaqdı. Eləcə də avtobusda olan kişi sərnişinlərdən heç biri dava edənləri ayırmadı. Biz qadınlar öz gücümüzə davanı sakitləşdirib avtobusdan yüklərimizi götürüb taksi tutub taksi ilə getdik. Məni maraqlandıran əsas məsələlərdən biri odur ki, ölkənin bu ağır günündə büdcədən bu qədər vəsait niyə yayındırılır? Əslində Tarif Şurasının qərarına əsasən, Bakıdan Tovuza gedişhaqqı 7,5 manat, ya da 8 manatdır. Amma biz heç vaxt kassaya yaxınlaşıb bu qiyməyə bilet ala bilmirik, həmişə 10 manata gedirik. Kassaya nə vaxt yaxınlaşmışıq ya bağlı olub, ya da deyiblər bilet yoxdur. Halbuki həmin vaxt dayanacaqda boş avtobuslar sərnişin çağırmaqla məşğul olublar. Gecələr isə dediyim kimi, qiymət 12 manata qalxır, bütün avtobuslar da dolu çıxır avtovağzaldan. Bu qədər vəsaitin büdcədən yayındırılması böyük dövləti cinayətdir”.
 
Jurnalist xanımın sözlərinə görə, həmin gün dava düşəndə onlara yaxınlaşan sərnişinlər deyiblər ki, bu sürücülər polislə əlbirdir: “Həmişə gecələr gedib-gəldiklərini deyən sərnişinlər bildirdilər ki, əvvəla, sürücülür narkotik istifadə edirlər, hətta bizim gözümüzün qabağında bunu ediblər. İkincisi isə onların polislə əlbir olduğunu dedilər. Bu cür davaları salırlar, polis gəlir heç bir sorğu-sualsız qarşı tərəfi aparır, cərimələyir, yaxud da “cərimələyir”, sonra sürücülərlə bölüşürlər. Mən tələb edirəm ki, bütün sürücülər narkotik testindən keçsinlər. İkincisi də avtovağzalın kassaları işləsin, vətəndaşlara normal xidmət göstərsin, bilet satışı işə düşsün ki, milyardlarla manat vəsait büdcədən yayınmasın”.

Загрузка...
Загрузка...