Avtomobil servis mərkəzləri ödəniş qəbzi verməsə... - Ekspert

Baxış sayı: 
140
0  
0  

 
Avtomobil servis mərkəzlərində göstərilən xidmətlərə görə ödəniş edən maşın sahibinə çek verilməlidir.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
 
Ekspertin sözlərinə görə, dövlət tərəfindən qiymət tənzimlənməsinin bir necə meyarı var: “Meyarlara əsasən, dövlət yalnız o qiymətləri tənzimləyir ki, orada rəqabət mühiti yoxdur. Məsələn, qazın, suyun qiymətini Tarif Şurası müəyyənləşdirir. Bu sektorda qiymətlər tənzimlənir ki, heç kim sui-istifadə etməsin.
 
Mühüm sosial əhəmiyyətli malların, məhsulların, xidmətlərin də qiyməti rəsmi şəkildə tənzimlənir. Bura çörəyin, ictimai nəqliyyatın, dərmanların qiymətləri daxildir”.
 
Ərşad Hüseynovun sözlərinə görə, mülki hüquqda belə bir yanaşma var ki, xidmətin qiyməti ağlabatan, formalaşmış mülki dövriyyəyə və təcrübəyə uyğun olmalıdır: “Bu mənada sui-istifadə yolverilməz sayılır. Belə sahələrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət etməlidir.
 
Bundan əlavə, hər həs fərdi şəkildə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilər”.
 
Ekspertin sözlərinə görə, bəzi dövlət və özəl xidmət servislərində sui-istifadəyə rast gəlinir: “İstənilən pərakəndə xidmətə görə istehlakçıya ödənişi təsdiq edən sənəd verilməlidir. İstər bərbərxana olsun, istər maşın təmiri sexi. Hətta nağdsız ödəniş üçün poster aparatları da quraşdırılmalıdır. Sənəd verilmədən xidmət göstərilirsə, bu, maliyyə-vergi pozuntusudur”.
 
Müəllif: Şəfiqə Nazimqızı

Загрузка...
Загрузка...