​Avtomobil gedə-gedə üstünə çıxıb namaz qıldılar - VİDEO

 
    
 
Sosial şəbəkələrdə yayılan bu video tənqidə səbəb olub.
 
Avtosfer.az xəbər verir ki, ərəb ölkələrində çəkilən videoda üç nəfərin avtomobilin üzərində namaz qıldığı əks olunub. Maraqlısı odur ki, avtomobilin sürücüsü yoxdur və 1 nəfər damda, iki nəfər isə baqajın üstündə namaz qılır. Avtomobil isə asta sürətlə hərəkət edir. Bəziləri bunu normal qarşılasalar da, əksəriyyət belə vəziyyətdə namaz qılınmasını "günah” adlandırıb.
 
Videoya diqqət etdikdə isə məlum olur ki, əslində, bu, harınlamış ərəb "avtoş”ların nümayiş etdirdiyi bir şoudur.

Загрузка...
Загрузка...