​Avtomobil alarkən diqqətli olun: Etibarnaməniz ləğv oluna bilər - VİDEO

 
 
Bakıda mülki etibarnamə ilə nəqliyyat vasitəsi alan şəxs avtomobilindən olub. Çünki 2011 -ci ildə ona verilən mülki etibarnamə bir müddət əvvəl ləğv edilib. Sürücü isə bundan yalnız yol polisi onu saxladıqdan sonra xəbər tutub.
 
Xəzər TV xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, 10-MO-709 dövlət qeydiyyat nişanlı maşınının sahibi Mirağa Kərimov adlı şəxs hazırda avtomobili idarə edənlə yanaşı, Nazim Zeynalov adlı sürücüyə də mülkü etibarnamə verib.
 
Həmin şəxs isə avtomobili idarə etmək üçün İrşad Zeynalova etibarnamə verib. Beləlikə, sonuncu etibarnamə İrşad Zeynalova verildiyindən bütün elektron protokollarda ona göndərilib.
 
Maraqlısı budur ki, bizə müraciət edən şəxs avtomobili etibarnamə ilə idarə etsə də, əslində, həmin sənəddə qüvvədən düşüb. Üstəlik, həmin nəqliyyat vasitəsi saxlanıldığı yerdə cərimə meydançasına qoyulacaq və mülki etibarnamə ilə maşını idarə edən Elman Nəcəfov hətta cərimələri ödəsə belə avtomobil ona verilməyəcək.
 
Bu fakt bir daha göstərir ki, mülkü etibarnamə ilə avtomobil alan şəxslərdən idarə etdikləri nəqliyyat vasitələri hər an alına bilər.