Avtobus sürücüsünün mer oğlu – Londonun Xanı – FOTOLAR

Bu günlərdə bütün dünya ondan danışır və yaxın günlərdə də belə olacaq. Çünki o, Londonun ilk müsəlman meri kimi tarixə düşüb. 45 yaşlı Saqiq Xanın hekayəsi isə indi hər şeydən çox maraq mövzusuna çevrilib.
Hələlik bilinən ilkin informasiya budur: Əslən pakistanlı fəhlə ailəsindən olan 46 yaşlı Sadiqin atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə (hazırki mer ailənin 5-ci uşağı olub – red.) Londonun yaxınlığında yerləşən sosial mənzildə yaşayıb. Xan – insan haqları üzrə ixtisaslaşmış hüquqşünasdır. 2008-ci ildən 2009-cü ilədək o yerli idarəetmə məsələləri üzrə nazir vəzifəsini tutub, 2009-2010-cu illərdə isə nəqliyyat naziri vəzifəsini icra edib. 2013 və 2015-ci illərdə Sadiq Xan Böyük Britaniya müsəlmanları arasında “İlin siyasətçisi” adına layiq görülüb.
BBC-in rus bölməsinin hazırladığı dosyedə isə olduqca maraqlı informasiyalar yer alır. Musavat.com “günün adamı” barədə bilinməyənləri nəzərə çatdırır.
8 UŞAQLI AİLƏNİN BEŞİNCİSİ…
Kimdir yeni mer? Yaşı: 45 yaş
Ailə vəziyyəti: evlidir, iki qızı var
Siyasi partiya: 2005-ci ildən Leyboristlər partiyasının üzvü.
Londonun Tutinq dairəsi üzrə parlament üzvü
Fəaliyyəti:
İnsan haqlarının müdafiəsi sahəsində çalışıb, “Liberti” ictimai fondunun sədri
Valideynləri Amunalla və Sehrun 1970-ci ildə, onun dünyaya gəlişindən bir qədər əvvəl Pakistandan Londona miqrasiya ediblər. Səkkiz uşaqlı ailənin beşinci övladıdır. (Ailədə 7 oğlan, bir qız olublar). tası 25 il avtobus sürücüsü, Həmkarlar İttifaqının üzvü olub. Sadiqin uşaqlıq xatirələrinə görə, atası heç də pis qazanmayıb. Anası isə dərzi-evdar qadın olub, atasından az qazansa da, evə onun çörəyi də girib.
Ailə Londonun cənub-qərbində, üç yataq otağı olan sadə bir evdə yaşayıb. Həmin vaxt Sadiq qardaşları ilə birgə Londonun cənib qərbində yerləşən, yerli məktəbə,
Ernest Bevin kollecinə gedib. Həmin kollec isə yerli xuliqanların məkanı kimi tanınıb. Sadiq ata evini 20 yaşında tərk edib, həmin vaxta qədər isə qardaşlarından biri ilə ikimərtəbəli yatağını paylaşıb. Məhz məktəb yaşlarında Sadiq siyasətlə maraqlanıb və 15 yaşında Leyboristlər Partiyasına üzv olub.
Sadiq çox savadlı şagird olub, futbola, boksa və kriketə xüsusi sevgisi ilə seçilib. Ailədə uşaqları İslama sevgi ruhunda böyüdüblər. Sadiq də özünü hər zaman müsəlman kimi aparıb və daxilən o cür hiss edib. Parlament üzvü kimi ilk çıxışında da deyib ki, atası ona Məhəmməd peyğəmbərin məsləhətlərini hər zaman təkrarlayıb.
DİŞ HƏKİMİ OLACAQDI, AMMA…
Məktəb illərində o, diş həkimi olmağı arzulayırdı və ona görə də ruyaziyyat və fizika fənlərinin üzərində çox çalışırdı. Amma siyasətə olan marağı təhsil istiqamətini dəyişib və o, hüquqşünas olmağa qərar verib.
Xan dəfələrlə danışıb ki, özü və qardaşı Çelsinin və Uimbldonun futbol maçlarına gedəndə irqçi münasibətin hədəfinə çevriliblər. Onun sözlərinə görə, məhz bu səbəbdən futbola evdə baxmaq daha təhlükəsiz olub.
O, “Liverpul” komandasının fanatı olub. Sırf ona görə ki, onlar çox gözəl oynayırlar. O, Şimali London Universitetinə daxil olub və artıq 1994-cü ildə Christian Fisher firmasında insan haqları sahəsi üzrə çalışmağa başlayıb. Həmin oldə o, Sadiya Əhmədlə evlənib. Sadiya da onun kimi hüquqşünas olub və qəribə təsadüf də olsa, onun da atası avtobus sürücüsü idi. Cütlüyün iki qızı olub – Anisa və Ammara.
Cəmi 3 il sonra Xan sözügedən firmanın partnyoru olub və Tutinq dairəsinə seçilib. 2005-ci ildə Sadiq Xan Tutinq dairəsində deputatlığa namizədliyini irəli sürüb və seçkilərdə qalib gəlib. Həmin il parlamentdəki 5 nəfər milli azlıqdan biri olub.
PARLAQ ÇIXIŞLARI İLƏ YADDA QALIB
Palataya seçiləndən iki ay sonra parlaq çıxışları ilə yadda qalmağa başlayıb. Bunlardan biri də 7 iyuldakı London metrosu və avtobusundakı bomba partlayışı ilə bağlı olub.
Daha sonrakı illərdə isə o, aktiv şəkildə vətəndaş azadlığı ilə bağlı çıxışlar edib. Bir neçə dəfə həmin dönəmin baş naziri Toni Bleyrlə fikir toqquşması yaşayıb. Sadiq Xan 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb.
2010-cu il seçkilərində çətinliklə də olsa, parlamentə səs yığıb. Amma eyni zamanda müxalifətdə qalıb. Buna səbəb isə son 13 ildə ilk dəfədir ki, leyboristlərin hakimiyyətdə olmaması idi.
2013-cü ildə eynicinsli nikah haqqında qanun layihəsinə səs verdiyi üçün onu ölümlə hədələyiblər. Buna səbəb onun müsəlman olması idi. Hətta dünya mediası yazmışdı ki, “Bradford” məscidinin imamı onun müsəlman olmaması barədə fətva verib.
2015-ci ildə də leyboristlərin seçkilərdə məğlubiyyəti, Ed Millibandın istefası onun karyerasında əyləc funksiyasını oynamağa başlayıb. Seçkiərdən bir həftə sonra S.Xan London meri olması ilə bağlı fikirləri olduğunu açıqlayıb və əsas rəqibinə, konservator Zak Qoldsmitə qarşı mübarizəyə başlayıb.
Amma bu seçki dönəmi onun üçün olduqca çətin keçib. Çünki Xana qarşı terroristlərlə ünsiyyət və onları məhkəmədə müdafiə etməsi ilə bağlı ittihamlar vardı.