Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?

 
 
Qulu Məhərrəmli: “Buna dilimizin pozulması kimi yox, qrafik işarə kimi baxılmalıdır”
 
Ölkə paytaxtında avtobuslar üçün nəzərdə tutulan dayanacaqların bir çoxunda həmin yerin avtobuslara məxsusluğu “BUS” sözü ilə işarələnib.
 
Maraqlıdır, dövlət dilinin Azərbaycan dili olduğu ölkəmizdə avtobus dayanacaqlarının ingilis dilindən bizim dilə tərcümədə “avtobus” anlamını verən “BUS” sözü ilə işarələnməsi nə dərəcədə normaldır?
 
Moderator.az -a açıqlama verən dilçi alim, professor Qulu Məhərrəmli bu məsələdə ciddi bir problem görmədiyini vurğuladı:
 
“Hesab edirəm ki, “BUS” məsələsində istisna var. Əlbəttə, biz dilimizi yerə də, göyə də Azərbaycan dilində yazmalıyıq. Amma məncə “BUS” sözünü ora yazanalar bunu ingilis dilində olan sözdən daha çox bir qrafik işarə kimi nəzərdə tuturlar. Buna görə də buna dil qaydasının pozulması kimi baxmıram. Təsəvvür edin ki, avtobus dayanacağının uznluğu 10 metrdir. Görün ora “avtobus” sözü yazmaq nə qədər yer aparar. Bu, dizayn məsələsidir və buna qrafik işarə kimi baxmaq lazımdır. Bunu işarə kimi qəbul etmək olar. Lakin mətbuatda, danışıqda “avtobus” əvəzinə “BUS” sözü işlətmək yolverilməzdir”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...