Avstriyadan Türkiyəyə qarşı riyakarlıq

Türkiyə Avropa Birliyinə üzv olarsa, biz də bu birlikdən çıxmaq üçün referendum keçirdə bilərik.
 Axar.az xəbər verir ki, bu sözləri Avstriya Baş naziri Kristian Kern deyib.
 “Türkiyənin AB-yə üzv olması çox ciddi məsələdir. AB rəhbərliyi bu barədə xeyli düşünməlidir”, - Kern bildirib.
 Kern onu da əlavə edib ki, İngiltərənin birlikdən ayrılması ciddi iqtisadi problemlərə yol açacaq.