Avstriyada ikinci tur prezident seçkilərinin iştirakçıları müəyyənləşib.
24-04-2016 23:34

Turaninfo.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərin ilk turunda səslərin 73 faizi hesablanıb .
İrəlidə 36,34% səs toplayan sağçı Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer gedir. Ikinci yerdə “yaşıllar” Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen qərarlaşıb (20 %).
Seçkilərin ikinci turu mayın 22-də baş tutacaq.