Avstriya: “Əgər türk generallar edam olunsa...”

Əgər Türkiyə hərbi çevrilişə cəhd edənləri edam etsə, o, bir daha Avropa Birliyinə üzvlüyə iddia edə bilməyəcək.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avstriya Xarici İşlər naziri Sebastiyan Kurts söyləyib.
 Onun sözlərinə görə, Avropa Türkiyədə baş verənləri kənardan izləməməlidir:
 “Son illər Türkiyə Avropadan uzaqlaşmağa başlayıb. Son hadisələrdən sonra saxlanılan 6 min nəfərdən təxminən 3 mininin məhkəmə sisteminin əməkdaşı olması dözülməzdir. Biz Türkiyədə edam cəzasının bərpa olunmasını qəbul etmirik”.