​Avropanın Türkiyə əleyhinə qərarı... - Züqanov


Avropa Parlamentinin Türkiyə ilə bağlı qəbul etdiyi qərar məni təəccübləndirmədi.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov Rossiya-24-ə açıqlamasında deyib.
 
“Qərar məni təəccübləndirmir. Türkiyəni AB-yə qəbul etməyəcəklər. Çünki avropalılar Ankaranın özləri üçün yük olacağını anlayır”, - kommunist lider vurğulayıb.
 
Qeyd edək ki, bu gün Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Загрузка...
Загрузка...