Avropalı nazir müsəlmanları donuz əti və spirtli içkilərdən istifadəyə çağırdı

 
Norveçin Qaçqın və Miqrasiya naziri, xanım Sylvi Listhaug müsəlman miqrantların böyük etirazına səbəb olan açıqlama verib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, norveçli nazir Suriya və digər ölkələrdən qaçıb gələn miqrantları donuz ətindən və spirtli içkilərdən istifadəyə çağırıb:
“Ölkəmizə yeni miqrantlar gəlib. Həmin miqrantlara tövsiyəm odur ki, biz norveçlilər gündəlik olaraq donuz əti yeyirik, spirtli içkilərdən istifadə edirik və sairə. Buna siz də özünüzü öyrətməlisiz. Biz miqrantların gündəlik həyat tərzinə, adət-ənənələrinə alışmalı deyilik. Bu ölkənin öz dəyərləri və qanunları var. Əgər miqrantlar Norveçdə qalıb yaşamaq və çalışmaq istəyirsə, o zaman dediklərimə əməl edilməlidir. Ola bilər ki, miqrantlardan kimsə donuz əti və spirtli içkilər hazırlanan sahələrdə çalışsın. Buna görə də onlar özlərini buna hazırlamalıdır”.