Avropada fantastik miqdarda kokain aşkarlandı

Rumıniyada gəmilərdə banan yeşiklərində gizlədilmiş 2,3 ton kokain tapıldı Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, narkotacirlər Qaradənizdə gəmilərdə daşınan 230 ton banan yükünün altında 2,3 ton kokaini Qərbi Avropaya aparmaq istəyərkən yaxalanıblar.
 Narkotik maddələrin aprel-may aylarında Kolumbiya və Cənubi Amerika ölkələrindən Rumıniyaya gətiriblər.
 Narkoşəbəkənin başçısı kimi tanınan  "Rocky" ləqəbli Faslı Mimoun Kaabouni İspaniyadakı Malaqa Hava limanında yaxalanıb.
 Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Daniel Horodniceanu bildirib ki, Rumıniyada bu vaxta qədər, Avropada isə son illər bu qədər narkotik aşkarlanmayıb.