​Avropada fahişəliyə qadağa haqda düşünməyə başladılar - Gözlənilməz...

 
 
Finlandiya parlamentinin bir qrup deputatı hökumətdən “qəti addımlar atmaq” və ölkədə fahişəliyə tam qadağa qoymağı tələb edib.
 
Moderator.az bu haqda Rusiya mediasına istinadla yazır. Yerli “Yle” radiosunun xəbər veridyinə görə, bu barədə yazılı müraciətlə “Mərkəzçi qadınlar” parlament fraksiyasının sədri  Ulla Parviaynen çıxış edib. O bəyan edib ki, seks alqı-satqısı daim insan ticarəti və qadınlardan istifadə ilə bağlı olub. Odur ki, bu, cəmiyyət üçün ağır fəsadlara səbəb olur.
 
Hazırda Finlandiyada fahişəlik yalnız həddi büluğa çatmayanlar bədənlərini satdığı hallarda, yaxud cinsi köləlik qurbanlarında istifadə edildikdə cinayət əməli kimi təqib olunur.
 
P.S. Gec-tez bütün dünya Allah qanunlarına, İslama, Qurana zidd olan əməllərin bəşəriyyəti uçuruma apardığını anlayacaq...
 
Sultan Laçın

Загрузка...
Загрузка...