​Avropa Parlamentinin deputatı: 'Türkiyə bizdən həll istəyir, ancaq...'

 
Türkiyə bu məsələdə bir həll istəyir, hər iki tərəf olaraq mövqeyimizi yumşaltmalıyıq.
 
Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin deputatı Elmar Brok deyib.
 
Brok açıqlamasında Türkiyə ilə viza məsələsində razılaşdırılmayan maddənin terrorla mübarizə olduğunu bildirib.
 
Türkiyə-AB arasında 72 maddədən 67-sinin həll edildiyini deyən Brok razılaşdırılmayan 5 maddədən 4-nün həll ediləcəyini, ancaq terrorla mübarizə qanununun hələ də problemli məsələ olaraq qaldığını qeyd edib.