​Avropa Parlamentindən Türkiyə qərarı

 
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar müvəqqəti dondurulub.
 
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı qərar Avropa Parlamentinin bugünkü iclasında keçirilən səsvermədən sonra verilib.
 
Qərarın lehinə 479, əleyhinə 37 deputat səs verib. 107 deputat isə qərarda bitərəf mövqe tutub.
 
Danışıqların dondurulmasına səbəb kimi iyulun 15-də Türkiyədə baş verən hərbçi çevrilişə cəhddən sonra tətbiq olunan fövqəladə vəziyyətin gətirdiyi mənfi cəhətlər göstərilib.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarın Ankara üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib.