​Avropa Parlamenti Türkiyəni sanksiyalarla hədələdi

 
Avropa Parlamentinin sədri Martin Şults "ökədə müxalif siyasətçilərin və jurnalistlərin həbsi ilə əlaqədar" Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.
 
Turaninfo.az-ın  "RİA Novsti"yə istinadən xəbərinə görə, Şults bildirib ki, Avropa İttifaqı Türkiyəyə qarşı hansı iqtisadi sanksiyaları tətbiq edəcəyini müəyyənləşdirməlidir: "İlin axırına qədər Gömrük İttifaqında islahatlar aparmalıdır. Türkiyə bu ittifaqın üzvüdür.  Mən təsəvvür etmirəm ki, müxalifətçi deputatlar və jurnalistlərin həbsi dalğasından sonra biz Gömrük İttifaqını genişləndirəcəyik", — Şults Bild am Sonntag qəzetinə müsahibəsində deyib.
 
O, Türkiyədə ölüm hökmünün bərpası ehtimalına da münasibət bildirib:
 
"Əgər Türkiyə ölüm hökmünü bərpa etsə, Avropa İttifaqına daxil olmaqla bağlı danışıqlar dayandırılacaq".
 
Şults Türkiyə ilə dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bildirib.
 
Qeyd edək ki, Martin Şults "müxalifətçilərin həbsi" deyərkən PKK-ya dəstək verməkdə ittiham olunan 12 deputatın, o cümlədən HDP həmsədrləri Səlahəddin Dəmirdaş və Figen Yüksedağın, həmçinin Cümhuriyet qəzetinin əməkdaşlarının həbsini nəzərdə tutub.