Avropa Məhkəməsinə ən çox şikayət göndərən ölkə - Ermənistan

İnsan hüquqlarının pozulması sahəsində Avropa Şurası ölkələri içərisində ən pis yeri Ermənistan tutur.
 
Axar.az xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin yaydığı hesabatda bildirilir. Hesabata əsasən, Ermənistanda məhkəmələrin vətəndaşlara qarşı ədalətsiz qərarlar verməsi səbəbindən bu ölkə Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayına görə liderlik edir.
 
Avropa İnsan Haqları Məhkəməsinin hesabatına reaksiya verən Ermənistanın ombudsmanı Arman Tatoyan faktın dərin narahatlıq doğurduğunu bildirib.
 
“Əlbəttə, Avropa İnsan Haqları Məhkəməsinin Ermənistana qarşı aktlarının sayı narahatlıq doğurur. Biz təkcə bu göstərici üzrə ölkəmizin birinci yerdə olmasına görə deyil, ümumiyyətlə, faktın özündən narahatıq”, - ombudsman deyib.
 
Tatoyan onu da qeyd edib ki, Ermənistana qarşı Avropa Məhkəməsi tərəfindən kəsilən cərimələrin əksəriyyəti yerli məhkəmələrin vətəndaşlara qarşı qanunsuz qərarları ilə bağlıdır.