Avropa İttifaqı Azərbaycana mandat verdi

 
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib.
 
Turaninfo.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Aİ Şurasının açıqlamasında deyilir.
 
Bildirilir ki, bu gün Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə bütün üzv ölkələr adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqlar başlaması üçün mandatı təsdiqləyib. Yeni razılaşma 1996-cı ildə imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq razılaşmasını əvəzləyəcək və Azərbaycanla Aİ-nin qarşılaşdığı ümumi maraq və çağırışları nəzərə alacaq.