Avropa çempionatının rəsmi himni təqdim olunub – VİDEO

Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi himni hazırlanıb. Turaninfo.az “Report”un məlumatına istinadən, musiqisi İsmayıl Əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himni respublikanın əməkdar artisti Röya Ayxan və populyar ifaçı Miri Yusif səsləndiriblər.
Layihənin icraçısı “Peachline” şirkətidir.
Qeyd edək ki, Avropa çempionatı 5 – 21 mayda keçiriləcək.