“Avropa Bosniyada öldü, Suriyada basdırıldı” - Ərdoğan

 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Hersoqovinanın ilk prezidenti Aliya İzetbeqoviçin vəfatının 14-ci ilinə həsr olunmuş anım tədbirində çıxış edib.
 
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan, 1991-1995-ci illər arasında Yuqoslaviyada vətəndaş müharibəsi zamanı serblərin boşnaklara etdiyi soyqırımda Avropanın imtahandan pis keçdiyini deyib:
 
“Avropa Bosniyada öldü, Suriyada basdırıldı. Sahilə vuran məsum uşaq bədənləri isə qərb mədəniyyətinin qəbir daşlarıdır. Təəssüf ki, son 7 ildə qədim Avropa dəyərləri elə bu dəyərlərin sahibləri tərəfindən etibarsızlaşmış, tək-tək məhv edilmişdir.
 
Terror törədənlər bütpərəst, xristian və yəhudi çıxanda susurlar. Amma müsəlman olanda hay-küyləri böyük olur. Müsəlmanların içindən çıxan terrorçu İŞİD-dir. Biz də onlara qarşı mübarizə aparırıq”.
 
Ərdoğan sözlərinə əlavə edib ki, insan haqları, demokratiya, millət iradəsi və azadlıq dünən boşnaklara çox görünürdü, bu gün də Suriya, Fələstin vəə Liviyaya:
 
“Məzlumlar və zalımlar dəyişsə də, zülmü tribunadan seyr edənlər dəyişmir ki, dəyişmir. Avropalı liderlər Türkiyəni hədəfə almağı artıq kənara qoymalı, müdrik, ağıllı insana dönməlidir. Əcnəbi düşmənçiliyini artırmaq heç kimə heç bir fayda verməz. İslam ziddiyyəti üzərindən hakimiyyət xəyalı qurmaq hara qədər ola bilər? Türkiyəsiz Avropanın varacağı yer tənhalıq, çarəsizlikdir və daxili çəkişmələrdir. Türkiyə Avropaya möhtac deyil. Təcili yardıma möhtac Avropadır. Onlar görmək istəməsə də, getdikcə xroniki hala dönən problemlərinin dərmanı Türkiyədir, Türkiyənin tam üzvlüyüdür”.

Загрузка...
Загрузка...