​Avropa Birliyindən Türkiyəyə qarşı misli olmayan rüsvayçılıq – Avropa Ədalət Məhkəməsi PKK-nı terror təşkilatı siyahısından çıxarmaq məsələsini müzakirə edir

 
Avropa Ədalət Məhkəməsi  PKK-nı terror təşkilatı siyahısından çıxarmağı müzakirə edir.
Avropa.info xəbər verir ki, öncə  Belçikada sonra da Almaniyada məhkəmələr  PKK terrorçularını sərbəst buraxmışdı. Bununla yanaşı  PKK  Avropa Birliyinin  terror təşkilatları siyahısında yer alır.
Bu səbəbdən adları çəkilən ölkələr Avropa Məhkəməsinin qərarlarını pozduğu üçün, Avropa Ədalət Məhkəməsi hərəkətə keçib. Avropa Ədalət Məhkəməsi PKK-nın terror siyahısından çıxarılmasını gündəmə gətirib.
Məhkəmə PKK-nın hansı səbəbdən terror təşkilatı siyahısına salınması barədə Avropa Komissiyasına sorğu göndərib. Avropa Komissiyası isə sorğuya cavab olaraq, PKK-nın silahlı terror aktları törətdiyini bildirib.
Bu arada  PKK terror təşkilatı da  İŞİD-lə mübarizə apardığını əsas gətirərək, terror təşkilatları siyahısından çıxarılması üçün Avropa Ədalət Məhkəməsinə müraciət edib.
PKK  terrorçuları bununla da təşkilat üzvləri haqqındakı məhkəmələri udmaq  və pul yığımından  tutmuş, silah təminatına qədər hər cür yardımı qanuni olaraq almaq istəyir.
Qeyd edək ki, Avropa Ədalət Məhkəməsinin  PKK-nı  terror təşkilatı siyahısından çıxarmaq  haqda qərarı verməsi  halında, Avropa Komissiyasının qərara etiraz etmək hüququ var.
Avropa Ədalət Məhkəməsi Avropa Birliyinin orqanıdır.