Avropa Birliyi İranla atom enerjisi sahəsində əməkdaşlıq edəcək

İran Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində İTER beynəlxalq eksperimental nüvə-istilik reaktorunun yaradılması layihəsində iştirak edəcək.
Turaninfo.az  TASS agentliyinə istinadən verdiyi məlumata görə, Bunu İRANIN Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi Avropa İttifaqının iqlim dəyişikliyi və energetika üzrə komissarı Migel Arias Kaete ilə Tehranda keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə bildirib.
 İTER layihəsində məqsəd nüvə-istilik reaktorundan kommersiya məqsədləri üçün istifadə, bu sahədə qarşıya çıxan fiziki və texnoloji problemlərin həllidir. Reaktor Fransanın cənubunda Kadaraş tədqiqat mərkəzində tikiləcək. Əvvəlcə tikintinin 206-cı ildə yekunlaşdırılması planlaşdırılsa da, sonra tikintinin 2025-ci ildə başa çatdırılması qərara alınıb.
 Avropa İttifaqı  2016-cı ildən başlayaraq İrana Nüvə Təhlükəsizliyi Mərkəzinin yaradılması üçün maliyyə dəstəyi də verəcək. Əldə edilən razılaşmaya əsasən Avropa İttifaqı İranla nüvə və radiasiya təhlükəsizliyi sahəsində təhqiqatların mübadidəsini həyata keçirəcək, İrana Yaponiyanın Fukusima nüvə reaktorundakı qəza ilə bağlı təcrübəni öyrənmək imkanı yaradılacaq.
 Birgə layihələrlə bağlı razılıq Federika Moqerininin başçılığı ilə Avropa İttifaqı nümayəndə heyətinin Tehrana səfəri  zamanı əldə edilib. Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın ümumi çərçivəsi dünən Tehran və Brüssel arasında imzalanan memorandumda əksini tapıb.