AVRO-2016: Belçika - Macarıstan – 4:0

Avro-2016-nın 1/8 final mərhələsi davam edir.
APA-nın məlumatına görə, günün son oyununda Belçika millisi Macarıstanla  qarşılaşıb.
Matç Belçika yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0
Beləliklə, Belçika Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.
 Xatırladaq ki, günün ilk oyununda Fransa millisi İrlandiyanı ( 2:1),  digər görüşdə isə Almaniya Slovakiyanı məğlub edib (3:0).
AÇ-2016
1/8 final
26 iyun
Belçika - Macarıstan –  4:0
Qollar: Tobi Alderveyreld, 9, Batşuay, 78, Hazard, 80, Karrasko, 90