​ATV-nin rəhbərliyi dəyişdi (YENİLƏNİR)

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.
ATV rəhbərliyinin Turan İbrahimova görə dəyişdirildiyi iddia olunur.
Xatırladaq ki, Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti yenidən dayandırılıb və o, vəzifədən uzaqlaşdırılıb.
Aldığımız bilgiyə görə, kanala CBC telekanalının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.
 
 
MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
A. Xəlilov buna qədər CBC televiziyasının rəbəri olub.
Azər Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC telekanalına rəhbərlik etməyə başlayıb.

Загрузка...
Загрузка...