​ATV-nin keçmiş əməkdaşı yeni televiziyanın xəbər siması olacaq

“ATVXƏBƏR”-in keçmiş əməkdaşı Lamiyə Balacayeva “Butafm radio və televiziya” MMC-nin xəbər siması olacaq.
 
Lamiyə Balacayeva Bakı Dövlət Universiteti “Jurnalistika” fakültəsinin məzunudur. 2012-2015-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Yayim Kompaniyasında (ATV-də) xəbər-kriminal müxbiri kimi çalışıb. Hazırda isə özünü yeni fəaliyyətə başlayan “Butafm”-də xəbər aparıcısı kimi sınayacaq.
 
“Xəbər var” proqramı həftə içi 5 gün saat 12:00, 15:00 və 18:00 efirə çıxacaq.
"Xəbər var" proqramında  Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində baş verən ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.
 
"Həftə sonu" proqramı isə hər həftənin 6-cı günü saat 18:00-da efirdə olacaq.
 
"Həftə sonu" proqramında  geridə qoyduğumuz həftədə baş verən ən mühüm xəbərləri tamaşaçıların diqqətinə çatdıracaq, həftənin yekun hesabatı kimi yayımlanacaq.