​Atadan VƏHŞİLİK: 6 aylıq oğlunu döydü, onurğasını sındırdı - VİDEO

Baxış sayı: 
182

Ata öz uşağını sakitləşdirmək məqsədilə iki qatladı və öldürdü.
Publika.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Arizona ştatında baş verib. 30 yaşlı ata Robert Rezendiz 6 aylıq oğlu ilə evdə tək qalıb. Uşaq dayanmadan ağladığı üçün Robert əsəbiləşib və onu sakitləşdirmək məqsədilə atıb-tutmağa, kobud şəkildə oynatmağa başlayıb.
Bununla da körpəni sakitləşdirə bilməyən kişi 6 aylıq körpə oğlunu dizinə yatıraraq kürəyindən vurub. Zərbələr nəticəsində körpənin mədəaltı vəzi, qaraciyəri, qabırğaları və ombasında çoxsaylı travmalar əmələ gəlib. Daha sonra o, uşağı əks istiqamətə çevirərək onurğa sütunu sındırıb. Şiddətli ağrılardan uşaq atasının dizində ölüb.
Faktla bağlı R.Rezendiz haqqında cinayət işi açılıb. Məhkəmə onun həbsxanaya göndərilməsinə qərar verib.
Məlum olub ki, 30 yaşlı R.Rezendiz daha əvvəl də müxtəlif cinayətlərdən məhbus həyatı yaşayıb və 250 min dollar müqabilində şərti olaraq azadlığa buraxılıb.

Загрузка...
Загрузка...