Atadan övladlarına əcaib vəsiyyət - Belə məzar daşı olmamışdı

Uşaqlarının vəfasızlığı ucbatından onları mirasından məhrum edən ispan bir ata ölüncə məzar daşına “Atanızı aldınız” mesajı yazdırıb. İspaniyanın Avila şəhərində uşaqlarının vəfasızlığını bütün dünyaya çatdırıb. Belə ki, o, özünə barmaq işarəsi formasında olan məzar daşı hazırlatdırıb.
Ölən ispan baş daşına “Kimi çiçəklər gətirərək, kimi də dualar edərək məni ziyarət edəcəksiz. Amma səfərinizin sonu burda bitəcək. Sizi öz yanımda gözləyirəm” sözlərini yazdırıb. Bu da onun ailə üzvlərindən və qohumlarından çox yanıqlı olduğunu göstərib.
Amma bu baş daşından xəbər tutanlar bir-bir qəbiristanlığa axın etməyə başladığı üçün yerli bələdiyyə məsələni nəzarətə götürüb və axının qarşısını alıb. Bundan başqa, üç barmağın konfiqurasiyasından ibarət baş daşı bir çoxlarının narazılığına səbəb olsa da, qəbiristanlıq rəhbərliyi onu dəyişdirə bilməyəcəyini açıqlayıb: “Bu, onun ölümündən öncə son vəsiyyəti idi və yerinə yetirilməli idi”. (musavat.com)

Загрузка...
Загрузка...